Kateqoriyasız

“24 komandaya artıq qarşı deyiləm”

İslandiya millisinin iki məşqçisindən biri olan Lars Lagerbak əvvəllər qarşı çıxdığı 24 komandalı sistemə artıq yaxşı baxdığını söyləyib.

İdmanxeber.com-un məlumatına görə, Fransaya 5:2 hesablı məğlubiyyətdən sonra bunları deyib:

"Əvvəllər 24 komandalı Avropa çempionatına qarşı idim. İndi fikrimi dəyişmişəm. Dünya futboluna fikir versək görərik ki, artıq daha çox futbolçu yaxşı liqalarda oynayır.Fərqli qitələrdən fərqli oyunçuların qatılımı Avropanı futbol cəhətdən inkişaf etdirdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43