Müsahibə

4-cü mərhələnin qalibi: “Öpüşmək üçün qalib gəlmək lazımdı”

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, bu mərhələnin qalibi ABŞ-nın “İllumination” komandasının üzvü Edvin Avila olub.

Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Çox şadam ki, bu mərhələdə qalib gəldim. Xoşbəxtəm.

– Sprintdə çətinlik çəkmədin?

– Maraqlı oldu. Yol üzüaşağı idi və külək var idi. Sürət də yüksək idi. Amma çətinliklə üzləşmədim.

– Sabah son mərhələdi. Qalib gələ biləcəksən?

– Sabahkı mərhələ fiziki hazırlığıma və bədən quruluşumu görə əlverişlidi. Buna görə də uğur qazanacağıma inanıram.

– Qızlara qarşı biganə deyildin. Onlarla öpüşmək gözəl hissdi, yoxsa qalibiyyət?

– Hər ikisi gözəl idi. Öpüşmək üçün qalib gəlmək lazımdı. Amma öpüşmək daha çox xoşuma gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43