Ölkə futbolu

4-cü turda mövsümün azarkeş rekordu qırılıb

IV turu 4600 azarkşe izləyib

Topaz Premyer Liqasının IV turunun oyunlarını 4600 tamaşaçı izləyib. Bu da mövsümün yeni rekordudur. Ötən tur qeydə alınan 4450 tamaşaçılıq göstərici arxada qalıb. İlk iki turda isə daha az seyrçi müşahidə olunub. İlk turda 1700, II oyun həftəsində 2550 nəfər matçları izləyib.

Qeyd edək ki, IV turda “Qarabağ” – “Sumqayıt” matçında daha çox – 1600 tamaşaçı olubsa, “Neftçi” – “Keşlə” oyununu 1300, “Sabah” – “Qəbələ” qarşılaşmasını 1200, “Səbail” – “Zirə” görüşünü 500 azarkeş seyr edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43