İdman

“5-6 oyunçuyla bütün mövsümü oynayırıq” – “Gəncə”nin kapitanı

“NTD yaxşı komandadır. Çətin olacağı gözlənilirdi. İki hissə başa-baş oynasaq da, sonradan onlar üstünlüyü ələ ala bildi. Sona qədər mübarizə apardıq. Hesabda çox da fərq olmadı”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə “Gəncə” komandasının oyunçusu Amil Həmzəyev NTD məğlubiyyəti (91:85) barədə danışarkən deyib. Kapitan daha sonra belə davam edib:

“Qarşıda “Sərhədçi” ilə vacib oyun var. Onlara qalib gəlib üçüncü pilləyə yüksəlmək niyyətindəyik. Daha sonra bir-iki həftə nisbətən asan oyunlarımız var. Arada kubok fasiləsi olacaq, ona da hazırlaşırıq. Bizdə yerli oyunçular daha da səviyyəlidir. Kubokda reqlamantə görə meydanda 3 yerli, 2 xarici ola bilər. Bu səbəbdən kubokda favorit sayılırıq.

Çempionluq mübarizəsi aparan komandalarla elə də çətinlik çəkdiyimizi deməzdim. “Sabah”a, “Xırdalan”a qalib gəlmişik. NTD ilə çətinlik çəkdik. Hamısını da udmaq olmur. Düzdür, çempion olmaq üçün qazanmaq vacibdir. Ancaq hələlik ölüm-dirim oyunları deyil. Bizim üçün də asan olmur. 5-6 oyunçuyla bütüm mövsümü oynayırıq. Təbbi ki, yorunçuluq olur. Ancaq axırda sözümüzü deyəcəyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43