Dünya futbolu

“Bavariya” 2 oyunçusunu göndərir, ikisi ilə müqavilə bağlayır

“Bavariya” Luka Hernandes və Alfonso Davieslə müqavilə uzatmağı planlaşdırır.

İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Devisin hazırkı müqaviləsi 2025-ci ilə qədərdir və tərəflər əməkdaşlığın uzadılmasına nikbin baxırlar.

Hernandeslə yeni müqavilə üçün danışıqlar son mərhələdədir. Bundan əlavə, jurnalist Fabrizio Romanonun sözlərinə görə, Münhen tərəfi Camal Musiala üçün də yeni uzunmüddətli müqavilə təklifi üzərində işləyir.

Leroy Sane və Serj Qnabrinin gələcəyində isə bəlirsizlik var. Oyunçuların çıxışından məşqçilər heyəti narazıdır. “Bavariya”nın uyğun təklif gələcəyi təqdirdə, onları sata biləcəyi vurğulanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43