Ölkə futbolu

8 klub, 10 məşqçi

Azərbaycan Premyer Liqasının 34-cü turu 2014/15 mövsümünün çempionunun adına aydınlıq gətirib. 
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 2-ci dəfə qızıl medalları qazanıb. 
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sona 2 tur qalmış izləyiciləri üçün əlçatmaz olub. Bu çempionluq “Qarabağ”ın 3-cü zəfərdir. İndiyədək 8 komanda Azərbaycan çempionu olub: “Neftçi” – 8, “Kəpəz”, “Qarabağ” – hər ikisi 3, “Şəmkir”, “Bakı”, “İnter” – hamısı 2, “Turan”, “Xəzər Lənkəran” – hər ikisi 1 dəfə.

Qurbanov isə baş məşqçi kimi 2-ci dəfə ölkə çempionu olub. Ümumilikdə 10 baş məşqçi komandası ilə çempion olub: Ağasəlim Mircavadov – 5, Kazbek Tuayev – 4, Mehman Allahverdiyev, Böyükağa Hacıyev – hər ikisi 3, Qurban Qurbanov – 2, Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Sxadadze, Arif Əsədov – hamısı 1.

mövsüm

Çempion

Baş məşqçi

1992

“Neftçi”

Əhməd Ələsgərov

1993

“Qarabağ”

Ağasəlim Mircavadov

1993/94

“Turan”

Kazbek Tuayev

1994/95

“Kəpəz”

Mehman Allahverdiyev

1995/96

“Neftçi”

Kazbek Tuayev

1996/97

“Neftçi”

Kazbek Tuayev

1997/98

“Kəpəz”

Mehman Allahverdiyev

1998/99

“Kəpəz”

Mehman Allahverdiyev

1999/2000

“Şəmkir”

Ağasəlim Mircavadov

2000/01

“Şəmkir”

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2003/04

“Neftçi”

Kazbek Tuayev

2004/05

“Neftçi”

Ağasəlim Mircavadov

2005/06

“Bakı”

Böyükağa Hacıyev

2006/07

“Xəzər Lənkəran”

Ağasəlim Mircavadov

2007/08

“İnter”

Valentin Xodukin

2008/09

“Bakı”

Qyoko Hacievski

 2009/10

 “İnter”

Kaxaber Sxadadze

2010/11

“Neftçi”

Arif Əsədov

2011/12

“Neftçi”

Böyükağa Hacıyev

2012/13

“Neftçi”

Böyükağa Hacıyev

2013/14

 “Qarabağ”

Qurban Qurbanov

2014/15

 “Qarabağ”

Qurban Qurbanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43