Premyer Liqa

Şehiç 50-yə, Bayramov 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib.

Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43