Bir müddət əvvəl millimizin baş məşqçi postuna namizəd göstərilən Yılmaz Vural maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Təcrübəli mütəxəssis heç vaxt mövsümün əvvəlində klub çalışdırmadığını bildirib: “Yuxumda “Real”ı çalışdırırdım. Klublar mənə mövsümün əvvəlində təklif göndərmir. Hər şeyi itirəndən sonra, “dənizə düşən ilana sarılar” misalı məni çağırırlar. Həmişə belə iş tapıram”.