“Sumqayıt” klubu ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, komandanın aparıcı futbolçusu Vurğun Hüseynov cəzalı duruma düşüb. Belə ki, “Qəbələ” ilə oyunun 34-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Hüseynov vərəqə limitini doldurub və buna görə qarşıdakı turda keçiriləcək AZAL-la oyunda meydanda olmayacaq.