Martın 5-də, Bakı vaxtı ilə saat 17:00-da, Tiraspol şəhərindəki “Şerif” İdman Kompleksində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının hakimləri müəyyənləşib.
AFFA-nın rəsmi saytına istinadən verdiyimiz məlumata görə, qarşılaşmanı Moldovanı təmsil edən hakimlər Sergey Derenov, Filip Aleksançin, Denis Qala və Yuri Kovtun idarə edəcək.