Sentyabrın 3-də İsrail, sentyabrın 9-da isə Portuqaliya yığması ilə Avropa çempionatının seçmə oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un məlumatına görə, Hacı Əhmədov (Qarabağ) və Orxan Sadıqlı (Xəzər Lənkəran) zədəli olduğu üçün oyunlarda iştirak etməyəcək. Əvəzində “Qarabağ” klubundan Ağaseyid Qasımov yığmaya dəvət olunub.