“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
– Ukrayna mətbuatının yazdığına görə, Yevgeni Opanasenko, Mixail Sivakov, Aleksey Qay və Ruslan Fomini “Qəbələ”yə gətirirsiniz. Bu, doğrudur?
– Bu barədə danışmaq istəmirəm. Nə vaxt qərar qəbul etsək, onda danışarıq. Yalnız müqaviləmiz olan futbolçular barədə danışa bilərəm.
– Yaxın günlərdə rəsmi transfer açıqlamaları olacaq?
– Bir şeyi dəqiqə deyə bilərəm ki, biz güclənmək istəyirik. Nə vaxt transfer həyata keçirsək, onda rəsmi olaraq açıqlayacağıq.
– Dmitri Kramarenkonun sizin məşqçilər korpusunuzda çalışacağı bildirilsə də, sonradan o da istefaya göndərildi. Kramarenkonun işində sizi nə qane etmədi?
– Əvvəlki məşqçilər barədə heç nə deyə bilmərəm. Yalnız öz köməkçilərimdən danışa bilərəm. Mənimlə yalnız “Çernomorets”də birgə çalışdığım məşqçilər işləyəcək.
– Kamran Ağayevin “İnter”lə oyundakı hərəkətinə görə 3 oyunluq cəzalandığından xəbəriniz var?
– Bəli, xəbərim var.
– Münasibətiniz necədir?
– Bu, futbolçu tərəfindən atılmış çox kobud bir səhvdir. Mən buna çox mənfi yanaşıram.
– Kamranın komandadakı gələcəyinin şübhə altında olduğunu demək olar?
– Onun klubumuzla müqaviləsi var.
– Mətbuatda da belə xəbər var idi ki, Ukraynadan qapıçı gətirəcəksiniz…
– Bu sual ilə bağlı heç nə deyə bilmərəm.
azerisport.az