“Biz “Neftçi”dən üstün futbol oynadıq. Sadəcə qol imkanlarından istifadə edə bilmədik. Heyətimizin gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, “Neftçi”dən üstün idik”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev deyib.
Cənub klubunun kapitanı 0:2 hesablı yenilgini şərh edərkən daha sonra sözlərinə belə davam edib:
“Biz bundan öncəki oyunlarda da olduğu kimi qol buraxdıqdan sonra ruhdan düşdük və məğlub olduq. Bu dəfə də belə oldu. Buraxılan qollarda təkcə müdafiə xəttini günahlandırmazdım. Bizdə təcrübə çatmadı”.