Premyer Liqanın XXIV turunun iki oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, "İnter" – "Simurq" (15:00) və "Qarabağ" – "Qəbələ" (17:00) matçları televiziya vasitəsilə canlı yayımlanacaq.
Hər iki görüş fevralın 28-də keçiriləcək və "İdman Azərbaycan" telekanalının efirində olacaq.