“Bir qol vursaydıq daha yaxşı olardı. Ancaq “Qarabağ” kimi komandaya qarşı heç-heçə oynamaq da yaxşı nəticədi. Düşünürəm ki, yaxşı oyun alındı. Qol vurub istəyimizə çata bilmədik”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “İnter”in aparıcı üzvü Sezar Meza Kolli deyib.
İtaliyalı hücumçu çempionluq şansarının az olduqlarını da qeyd edib:
“Qarabağ”ı udsaydıq çempionluq şansımız daha yaxşı olardı. İndiki durumda isə çempionluq şansımızın çox olduğunu demək gülüncdü. Ancaq gələn turda “Xəzər Lənkəran”la oynayacağıq. Onları məğlub edib, “Qarabağ”ın xal itirməsinə ümid edəcəyik”.