Milli komandamızın və “Qranada”nın futbolçusu Eddi İsrafilov zədələnib.
İdmanxeber.com-un məlumatına görə, “Real”la oyunda sıradan çıxan İsrafilovun azı 5 həftə yaşıl meydanlardan kənar qalacaq. Millimizin üzvü ən yaxşı halda mövsümün son oyunlarında “Qranada”ya kömək edə biləcək.
Onun iyunun 12-də keçiriləcək yığmamızın Norveçlə oyunadək sıraya dönməsi gözlənilir.