Millimizin baş məşqçisi Robert Prosineçki San Marino ilə DÇ-2018-in seçmə mərhələsində səfərdə keçiriləcək oyun üçün start heyəti açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə o, görüş öncəsi təşkil olunan mətbuat konfransında bildirib:
“Əsas heyətlə bağlı çox düşündüm və son 10-12 gündə oyunçuların vəziyyətini nəzərə alaraq çətinlik çəkdim. Mənim fəlsəfəm hücumameylli oyundur. Heyətdə Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov və Ruslan Qurbanov yer alacaq”.