“Barselona”nın hücumçusu Lionel Messi bu gün komandasının məşqinə qatılıb.
İdmanxeber.com-un məlumatına görə, Argentina millisinin düşərgəsində zədə alan 29 yaşlı hücumçu dünən İspaniyaya qayıdıb, bugün isə hazırlıqda iştirak edib və fərdi qaydada çalışıb.
Argentinalı oyunçunun zədəsinin ciddi olmadığı bildirilir.