"Barselona" daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubunun futbolçusu Aleks Vidal komandadan ayrılır.
27 yaşlı yarımmüdafiəçi əsas heyətə düşə bilmədiyi üçün "Barsa"dan getmək qərarına gəlib.
Qeyd edək ki, ispaniyalı futbolçu 2015-ci ildə “Sevilya”dan transfer edilib.