“Qarabağ” klubu Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, hazırlığın altıncı günündə meydançada iki məşq nəzərdə tutulmuşdu. Lakin bu gün Antalyada kəskin hava şəraiti ilə əlaqədar olaraq komanda ilk məşqini fitnes zalında keçirib. Komandanın trenajor məşqləri təxminən 1 saat davam edib.