Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ” öz meydanında “Qəbələ” ilə qolsuz bərabərə razılaşdı.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
-Gərgin oyun oldu. Son vaxtlar bu qədər maraqlı oyun olmamışdı. Oyunçularıma da təşəkkür edirəm ki, verilən tapşırıqları yerinə yetirdilər.
– Bu il çempionat daha tez başa çatacaq. Komanda daha çox istirahət etmiş olar. Plan bəllidimi?
İnanın ki, o barədə heç bir şey düşünməmişəm. Çünki bu il çempionat çox gərgin keçir. Bugün keçirdiyim gərginliyi heç avrokubok matçlarında keçirməmişdim.
– Riçard Almeydanın durumu barədə məlumat verərdiniz…
Yaxşıdı. “İnter”lə oyuna hazır olmalıdı.
– Yayda “Qarabağ”da ciddi dəyişikliklər gözləyə bilərikmi?
Dəyişiklik olmalıdı. Oyunçular axtarışındayıq. Çalışırıq ki, maksimum ciddi dəyişiklik olsun.