Avropa Liqasının 1/4 finalında keçiriləcək “Beşiktaş” – “Lion” cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın baş hakimi Serbiya Futbol Federasiyasından Milorad Maziç olacaq. Ona Milovan Ristiç və Dalibor Durdeviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Nemanya Petroviç yerinə yetirəcək.
Qeyd edək ki, “Beşiktaş” – “Lion” görüşü aprelin 20-i, Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.