Gələn mövsümdən etibarən La liqada videotəkrardan istifadə oluna bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə İspaniyanın “sport.es” saytı məlumat yayıb. Məlumata görə, hakimlər videoarbitrdən düzgün olmayan qollar, meydandan qovulmalar, penalti təyin edilməsi zamanı yardım alacaqlar.
Bir müddət əvvəl isə videotəkrardan yalnız gələn mövsüm İspaniya kubokunda istifadə ediləcəyi söylənmişdi.