“Beşiktaş”ın futbolçusu Vinsent Abubakar komandadakı gələcəyi haqda danışıb.
Mövsümün əvvəlində “Porto”dan bir illik icarə əsasında “Beşiktaşa”a keçən 25 yaşlı hücumçu yenidən Portuqaliya klubuna dönməyəcəyini deyib:
“Nə olur olsun, yenidən “Porto”ya qayıtmayacam. Özümü dəyərli hiss etdiyim, daha çox hörmət edildiyim klubda oynamaq istəyirəm. Bu, mənim şəxsi fikrimdir.”
Qeyd edək ki, “Porto”da meydana az-az çıxan kamerunlu futbolçu Türkiyə klubunun heyətində ümumilikdə 31 oyun keçirib və 14 qol vurub.