Dünya futbolu

“Yuventus”dan rəsmi transfer

“Yuventus” mövsüm bitməmiş ilk transferini reallaşdırıb.

“Qoca sinyora” “Boka Xuniors”un 19 yaşlı yarımmüdafiəçisi Rodriqo Bentankurla müqavilə bağlayıb. Bu barədə məlumatı klubun saytı yayıb. Müqaviləyə əsasən, uruqvaylı yarımmüdafiəçi 2022-ci ilin yayınadək Turin klubunun şərəfini qoruyacaq. Anlaşma 2017-ci il, iyulun 1-dən qüvvəyə minəcək.

“Yuventus” Bentankura görə “Boka Xuniors”a 9,5 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, Turin təmsilçisi gənc futbolçunu gələcəkdə başqa komandaya satacağı təqdirdə, transfer haqqının 50 faizini Argentina klubuna verəcək.

Bentankur cari mövsümdə şans qazandığı 17 oyunda 2 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43