Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusunun adı məlum olub.
UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, “Yuventus”un futbolçusu Qonzalo İquain və Ronaldo arasında gedən mübarizədə portuqaliyalı futbolçu ümumi səslərin 82 faizini toplayıb və rəqibini üstələyib. İquain isə 18 faiz səs yığa bilib.
Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsinin “Atletiko” ilə ilk oyununda (3:0) het-trik edib.