Dünən La Liqanın sonuncu turunda keçirilən “Barselona” – “Eybar” oyununda futbol tarixinin ən gülünc penalti qərarlarından biri çıxarılıb.
Hesab 1:2 qonaq komandanın xeyrinə olarkən – 69-cu dəqiqədə Jordi Alba cərimə meydançasında özünü yerə atıb. Videotəkrar göstərib ki, bu zaman ona qarşı hər hansı qayda pozutusuna yol verilməyib. Buna baxmayaraq, hakim penalti zərbəsi təyin edib. Lakin Messinin vurduğu penaltini qapıçı dəf edə bilib.