Slovakiya Fortuna Liqasında mövsümə yekun vurulub. Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Jilina" sonuncu – XXXIII turda "Podbrezova"nı qəbul edib.
Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 61-ci dəqiqədə, hesab 1:0 olarkən meydana çıxıb. O, geridə qalan dəqiqələr ərzində 2 qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. Şeydayev 82 və 89-cuı dəqiqələrdə adını tabloya yazdırıb.
"Jilina" Slovakiya çempionluğunu bir neçə tur əvvəlcədən təmin edib. Komanda çempionatı 73 xalla başa vurub.