Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi toya hazırlaşır.
30 yaşlı hücumçu iyunun 30-da nişanlısı Antonella Rokkuzzo ilə evlənəcək.
Messi Argetinanın Rosario şəhərində keçiriləcək toy mərasiminə “Barselona”dakı bütün komanda yoldaşlarını dəvət edib.
Messi “Barselona”nın sabiq baş məşqçisi Luis Enrike, onun köməkçiləri və klub prezidenti Xosep Mariya Bartomeunnu toya dəvət etməyib.