Madridin “Atletiko” klubu yarımmüdafiəçi Saul Niqeslə yeni müqavilə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, klubdan edilən açıqlamada 22 yaşlı futbolçu ilə 9 illik anlaşma əldə olunduğu qeyd edilib. Futbolçuya 100 milyon avro transfer qiyməti qoyulub.
22 yaşlı futbolçunun xidmətində “Barselona” klubu maraqlı idi.
Son mövsümdə Madrid klubunun heyətində 33 oyuna çıxan ispaniyalı futbolçu 4 qol vurmağı bacarıb.