“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Idmanxeber.com həmin müsahibəni təqdim edir:
– Avrokuboklarda zəif komanda qalmayıb. İlk mərhələdə Moldova klubunu mərhələdən kənarlaşdırıblar. Mən oyunun asan keçməyəcəyini düşünürdüm.
– “İnter” “Mladost”la oynadığı kimi görünmürdü…
– Hər oyun eyni səviyyədə keçə bilməz. 3-4 oyun ardıcıl eyni oynamaq da çətindir. 6 gün əvvəl ağır oyun oynadıq. Mövsümün əvvəlində çatışmayan cəhətlər olur. Üstəlik, eyni heyət və transferlərimiz yoxdu. Güc eyni oyunçulara düşür. Amma sevindirici haldır ki, 3 oyun keçirmişik və qapımızda qol buraxmadan qalib gəlmişik. 8 gün vaxtımız var və cavab oyununa hazırlaşacağıq.
– Cavab oyunu üçün plan necədir? Lüksemburqa tez uyğunlaşmaq üçün komanda dahar erkən yollanacaq?
– Oyundan 2 gün öncə getmək istəyirik. Belə planlaşdırmışıq.
– 5-ci gün potensial rəqib bəlli ola bilər.
– Açığı, belə düşünmürəm. Mənə fərqi yoxdu, nə potensial rəqib, nə 5-ci gün… Mən futzalda da optimist insanam və bunu çox gözəl bilirsiniz. Mərhələ adlamayınca heç nə deməyəcəm. Lüksemburq klubunu keçmək asan olmayacaq. Heyətdə zədəli oyunçular da var. Çətin olacaq.
– Komandanın son durumu necədir?
– Komandanın maliyyə durumunda heç bir problemi yoxdu. AFFA-nın gül kimi bazası var. Dünya və Avropa səviyyəli stadion və bazadır. Ot örtüyü də standartlara uyğundu. Üstəlik şəhərə yaxındı və məşqlə toplanışlar üçün əlverişlidi. Bizim üçün bura daha əlverişlidi.