Ukraynanın “Aleksandriya” klubu yeni transferi – millimizin üzvü Pavel Paşayevi UEFA-ya sifariş edib.
Idmanxeber.com-un məlumatına görə, Paşayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Rumıniyanın “Astra” klubu ilə oyunlar üçün “Aleksandriya”nın iştirak ərizəsinə daxil edilib. O, 20 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Aleksandriya” “Astra” ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq.