UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Panatinaikos” matçı İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
Qarşılaşma avqustun 3-ü, saat 21:00-da start götürəcək.
Qeyd edək ki, ilk oyunda Afina təmsilçisi “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib