Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə 3 görüş keçiriləcək.
Lider “Qarabağ” bu tur çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam təmsilçisinin 2018-ci ildə uduzmayan “Sumqayıt”ı səfərdə yenməsi lazımdı. Belə olacağı təqdirdə “köhlən atlar” çempionluğu erkən qeyd etmiş olacaq.
Turun digər matçlarında “Neftçi” “Qəbələ”ni, “Səbail” “Kəpəz”i sınağa çəkəcək.
22 aprel (bazar)
19:00. “Sumqayıt” – “Qarabağ” – 0:1
Qol: Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov
Sumqayıt Şəhər stadionu
19:00. “Neftçi” – “Qəbələ” – 1:0
Qol: Ruslan Abışov, 4
Qırmızı vərəqə: Emin Mahmudov, 63 (“Neftçi” – ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
Qol: Dario Federiko, 19 (0:1) Faruk Miya, 24 (1:1),
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
“Bayıl Arena”