“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Kukesi” klubunun Ağdam təmsilçisi ilə oyunlar üçün heyəti məlum olub.
Qarşıdakı matçlar üçün ümumilikdə 22 futbolçu sifariş edilib. UEFA-ya göndərilən siyahıda komandanın yeni transferi moazmbikli Recinaldo da yer alıb.
“Kukesi”nin heyəti belədi:
Qapıçılar: Stivi Fraşeri, Faton Maloku, Cetimir Başa
Müdafiəçilər: Yuli Şameti, Rüstem Hoca, Albi Alla, Vanqel Jquro, Xaralamb Kaki, Simo Rumbullaku, Edis Maliki, Uilyam Melu
Yarımmüdafiəçilər: Doncet Şkodra, Arbr Çirbya, Vesel Limac, Besar Musolli, Valon Etxem, İrakli Cariya, Dino Şpexar
Hücumçular: Rocer Rodriqes, Harris Harba, Recinaldo, Sebinu Plaku
“Qarabağ”la “Kukesi” arasındakı ilk görüş iyulun 25-də ALbaniyada, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.