Bu gün Topaz Premyer Liqasında dördüncü tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, turun açılış qarşılaşmasında “Qarabağ” “Sumqayıt”ı qəbul edib. “Azersun Arena”da oynanılan matçda ev sahibi komanda minimal hesabla qələbə qazanıb 1-0. Ozobiçin 21-ci dəqiqədə penaltidən vurduğu qol oyunda həlledici olub.
Topaz Premyer Liqası
IV tur
14 sentyabr (cümə)
20:00. “Qarabağ” – “Sumqayıt” 1:0
QOL: 21, Ozobiç pen.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
“Azersun Arena”