Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Siyahıda Qurban Qurbanov və Roberto Bordinin də adı yer alıb. İtaliyalı çalışdırıcı 1116 xalla 447-ci sırada qərarlaşıb. Millimizin və “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu isə 1077 xalla 461-ci yerdə olub. Qurbanov ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci, “Atletiko”nun çalışdırıcısı Diqeo Simeone isə 3-cüdür.