“Real Madrid”də baş məşqçi dəyişikliyi ola bilər.
“Kral Klubu” uğursuz gedişatın səbəbini baş məşqçi dəyişimində görür. Ardıcıl 4 oyunda qələbəyə həsrət qalan Madrid təmsilçisi baş məşqçi Xulen Lopetequini ilə yolları ayrıla bilər. İspaniya mətbuatının verdiyi məlumata görə, klubun prezidenti Florentino Peresin bu gün keçirəcəyi iclasda X.Lopetequinin taleyini həll olunacaq. Xəbərdə baş məşqçinin yerinə italiyalı mütəxəssis Antoniyo Kontenin düşünüldüyü də bildirilib.
Qeyd edək ki, “Real” geridə qalan 8 turdan sonra 14 xalla 4-cü pillədədir.