“Vorskla” klubu zədəli olan futbolçusu haqda məlumat yayıb.
Ukrayna təmsilçisi çiynindən zədəli olan gürcü futbolçusu Aleksandr Kobaxidzenin əməliyyat olunacağı və meydanlara dekabrda qayıdacağını bildirib. Bu isə o deməkdir ki, futbolçu “Qarabağ”a qarşı olan iki oyunu da buraxacaq.
“Qarabağ” və “Vorskla” arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.