“Vorskla”nın oyunçusu təmkinli danışıb.
Ukraynanın “Vorskla” klubun futbolçusu Mixail Serqiyçuk ölkə mətbuatına “Qarabağ”la oynayacaqları görüş barəsində danışıb. O, təmsilçimizi tam təhlil etmədiklərini bildirib:
“Açığı, bu oyunu hələki tam təhlil etməmişik. Lakin rəqibimiz haqda kifayət qədər məlumatlıyıq. Onların oyunlarının icmallarını izləyərək müəyyən qənaətə gəlmək olar. Düşünürəm ki, bizi “Qarabağ”la çox çətin oyun gözləyir”.
Qeyd edək ki, “Qarabağ” – “Vorskla” matçı oktyabrın 25- Bakı Olimpiya Stadionunda keçiriləcək.