Topaz Premyer liqasının 8-ci turunda “Qarabağ”la “Səbail” üz-üzə gəlib.
Ağdam təmsilçisi oyunöncəsi protokolda ciddi səhvə yol verib. Belə ki, “Qarabağ”ın heyətində ikinci hissə meydana daxil olan Abbas Hüseynovun adı protokola daxil edilməyib. Əsasnaməyə görə “Köhlən Atlar” etdiyi bu səhvin cəzasını texniki məğlubiyyətlə ödəyə bilər.
Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.