Ölkə futbolu

Qurban Qurbanov: “Bu məsələdə hakimlər komandalara kömək etməlidir”

Qurban Qurbanov “Səbail” oyununun ardından jurnalistlərin suallarını cavablandırıb.

“Oyun ritmindən aşağı səviyyədə çıxış etdik. Deyəcək çox da bir şey yoxdur. Ancaq hər şeyə rəğmən “Səbai”i təbrik edirəm”.

-Bu işin məsul şəxsi kimdir ?

-Kimsə bunu yazırsa, səhv etməyi də normaldır. Ancaq etiraf edək ki, buna hər kəs nəzarət etməlidir. Oyunçular da, biz də nəzarət etməliyk. Hakimlər də komandalara kömək etməlidir. Yəqin ki, bundan sonra daha diqqətli olacayıq. Hakimlər də bu işdə komandalara kömək etsələr daha yaxşı olar. Təbii ki, bunun əvəzini çıxmaq olar. Ancaq əziyyətimiz üçün heyfislənirəm.  Əvvəllər 18 futbolçu olurdu, indi isə 23 oyunçu yazmalıyıq. Üstəlik legioner limiti və gənc təvəllüdlü oyunçular. Bu isə biraz qarışıqlıq yaradır. İstənilən halda belə bir şey olmamalıdır. Heç bir komandanın başına gəlməsini istəmərəm.

-Arıtq ikinci dəfədır belə bir hadisə başınıza gəlir. Belə çıxır ki, birincidən dərs çıxarmamısınız ?

-Ötən dəfə limitlə bağlı səhv etmişdik. Bu dəfə isə biraz fərqlidir.  Abbasın protokolda olmamağı bəlkə də bizim qədərimizdi. Belə bir planımız var idi ki, Rəşad 60-65 dəqiqə oynasın. Ancaq görürnür ki, səhvə yol vermişik. Rəşad uzun zaman idi oynamırdı deyə onu biraz oynadıb çıxarmağa qərar vermişdik.

-“Neftçi”nin xal itirdiyi oyunda belə bir səhv edib vacib 3 xal itirdiniz. Bu komandaya necə təsir edəcək?  Qarşıdakı “Neftçi” oyunu barədə nə deyə bilərsiniz ?

-Heçnə deyə bilməyəcəm. Hazırda ən birinci özümü toparlamalıyam. Və bütün diqqətimi “Vorskla” ilə oyuna verməliyəm. Biizm oyun qrafikimiz çox ağırdır. Hər oyuna futbolçuları fərqli şəkildə hazırlamalıyam. Ona görə də gələn oyun barəsində indidən nəsə demək çox çətindir.

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43