Ölkə futbolu

“Qəbələ” və “Qarabağ” qalib gəldi – YENİLƏNİB

Topaz Premyer Liqasının 8-ci turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması Qəbələdə baş tutub. Matçda əyalət təmsilçisi “Neftçi”ni 3:1 hesabı ilə  məğlub edib.

Qeyd edək ki, ev sahibi komandanın heyətində Təmkin Xəlilzadə 67-ci dəqiqədə ikinci sarı vərəqədən qırmızı alaraq meydandan qovulub.

Günün ikinci oyununda isə “Azersun Arena”da “Qarabağ” ilə “Səbail” üz-üzə gəlib. Qarşılaşmanın ikinci hissəsində Abdullah Zubirin qolu oyunun taleyini həll edib -1:0

20 oktyabr (şənbə)

17:00.“Qəbələ” – “Neftçi”  3:1

QOLLAR: C.Adeniyi, 14 (1:0), 77 (3:0), S.Monroz, 57 (2:0), K.Karikari, 90 (3:1)
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

19:00.“Qarabağ” – “Səbail” 1:0  

QOL: A.Zubir, 62
Hakimlər:
 Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
“Azersun Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43