İngiltərənin “Bornmut” klubundan “Qarabağ”a keçən Asmir Beqoviç mövsümün sonuna kimi Ağdam təmsilçisində qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, ingilislər qapıçısı Aron Ramzdeyllə müqavilənin müddətini uzadıb.
Premyer Liqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı qolkiperlə uzunmüddətli müqavilə imzalanıb.
“Bornmut”un Ramzdeyllə müqavilə imzalaması “Qarabağ”ın Beqoviçi mövsümün sonuna qədər icarəyə götürməsinə şərait yaradıb. Əgər “Qarabağ” AL-də qrup səddini aşsa Beqoviç üçün yenidən danışıqlara başlayacaq.