Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda Almaniyanın III Bundesliqa təmsilçisi “Zvikau” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq. Qarşılaşmanı Peşəkar Futbol Liqasının “YouTube” kanalı canlı yayımlayacaq.
Yoxlama görüşü
17:00 “Keşlə” – “Zvikau”