Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un əsas komandasına dəvət alacağı gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, “canavarlar” hücumçusu Brayt Enobokare ilə yollarını ayırıb.
İki ildə qol hesabını aça bilməyən nigeriyalı forvardın müqaviləsi yenilənməyib.
İngilrərə mətbuatı yazır ki, baş məşqçi Nunu Eşpiritunun klubun U-23 komandasında çıxış edən hücumçular – Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi qeyd olunub.