Mövsümün sonunda “Liverpul”dan ayrılacaq bir futbolçunun adı dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, Adam Lallana ilə başa çatacaq müqavilə yenilənməyəcək. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib.
O, 32 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni qarşılıqlı razılaşma əsasında yeniləməyəcəklərini deyib.