Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə iki matç keçirilib.
Mərhələnin maraqla gözlənilən oyunu İspaniyada keçirilib. “Barselona” öz meydanında ötən mövsümün finalçısı PSJ-ni sınağa çəkib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.
Eyni saatda başlayan digər qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçirilib. “Leyptsiq” koronavirus səbəbiylə Almaniyaya gedə bilməyən “Liverpul”la üz-üzə gəlib. Bu oyun da qonaqların inamlı qələbəsiylə başa çatıb.
1/8 final mərhələsinin növbəti iki oyunu fevralın 17-də keçiriləcək. “Portu” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.
Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
16 fevral
Leyptsiq (Almaniya) – Liverpul (İngiltərə) 0:2
Qol: Salah, 53. Mane, 58.
Barselona (İspaniya) – PSJ (Fransa) 1:4
Qol: Messi, 27-pen – Mbappe, 32; 65; 85. Kin, 70.