Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”nin qonağı olacaq “Zirə” oyuna ciddi itki ilə çıxacaq.
Komandanın kapitanı Ağabala Ramazanov bu görüşdə iştirak etməyəcək. O, sarı vərəqə limitini doldurduğundan cəzalı duruma düşüb.
Qeyd edək ki, aprelin 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 20:15-də başlayacaq.