“Qarabağ” heyətinə yeni qapıçı cəlb edir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Polşa təmsilçisi “Yagelloniya”nın qolkiperi Luka Quqeşaşvili ilə anlaşıb.
Polşa mətbuatı yazır ki, “köhlən atlar” 22 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalayıb. O, ötən mövsümü “Dila”da icarə əsasında keçirib.
“Dinamo”(Tbilisi) futbol akademiyasının yetirməsi olan Luka “Podlasiye”, “Rekre Qranada” klublarında oynayıb.